AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
Radiasiya Problemləri İnstitutunda istehsalat təcrübəsi keçən tələbələrlə yekun görüş keçirilib
Mart 16, 2022 | 16:16 / Konfranslar, iclaslar
Oxunub 181 dəfə

AMEA-nın Radiasiya Problemləri İnstitutunda elmi-tədqiqat  təcrübəsi keçmiş Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin (ADMİU) “Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” ixtisası üzrə təhsil alan magistrantları ilə yekun görüş keçirilib.

Görüşdə çıxış edən institutun baş direktoru, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev tələbələri salamlayıb və istehsalat təcrübəsinin yekunlarına dair fikirlərini bölüşüb.

Daha sonra çıxış edən təcrübə rəhbəri, AMEA-nın müxbir üzvü, professor Əminağa Sadıqov tələbələr üçün yaradılan şəraitə və elmi-tədqiqat təcrübəsi müddətində qayğıkeş münasibətə görə institut rəhbərliyinə təşəkkür edib.

Sonda magistrantların gələcək elmi fəaliyyətləri ətrafında fikir mübadiləsi aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.frteb.science.gov.az saytına istinad zəruridir.
Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015