AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
AMEA və TÜBİTAK tərəfindən elan edilmiş layihə müsabiqəsinin nəticələri açıqlanıb
Mart 04, 2022 | 08:23 / Mühüm hadisələr
Oxunub 224 dəfə

AMEA və Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK) tərəfindən elan edilmiş 3-cü layihə müsabiqəsi çərçivəsində Azərbaycan və Türkiyənin elm, təhsil və səhiyyə müəssisələrinin alim və mütəxəssisləri tərəfindən təqdim edilmiş və ilkin ekspertizadan uğurla keçmiş 48 layihə üzrə elmi ekspertiza tamamlanıb. Qeyd edilməlidir ki, hər bir layihə həm AMEA, həm də TÜBİTAK tərəfindən 2 rəyçiyə göndərilib və ümumilikdə 4 müstəqil ekspert tərəfindən qiymətləndirilib. 

Ekspertizanın nəticələrinə əsasən, aşağıda qeyd edilən 3 layihə yüksək nəticələrlə qalib seçilib:  

1. “Yüksək temperaturda maqnit düzülüşlü topoloji izolyatorların nəzəri hesablamalarla dizaynı, sintezi və sınağı” – AMEA-nın Fizika İnstitutu və Türkiyənin Bilkent Universiteti

2. “Çoxəvəzli heterotsiklik karkasların yaradılmasında üzvi kataliz” – Bakı Dövlət Universiteti və Bilkent Universiteti

3. “Genişləndirilmiş texnologiya qəbulu modeli əsasında Türkiyə və Azərbaycanda İT mütəxəssislərinin bulud hesablamaları yanaşmalarına təsir edən amillərin qiymətləndirilməsi” – AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu və Ankara Hacı Bayram Veli Universiteti

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.frteb.science.gov.az saytına istinad zəruridir.
Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015