AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
AMEA-nın müxbir üzvü Ramiz Alıquliyevin biblioqrafik göstəricisi nəşr olunub
Fev 23, 2022 | 10:48 / Yeni nəşrlər
Oxunub 209 dəfə

İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyevin həyat və fəaliyyətinə dair mənbələri özündə əks etdirən biblioqrafik göstərici nəşr olunub.

AMEA-nın Rəyasət Heyətinin qərarı ilə çap olunan kitabın elmi redaktoru fəlsəfə elmləri doktoru, professor Məmməd Əliyev, redaktoru isə Əməkdar mədəniyyət işçisi Xuraman İsmayılovadır.

Biblioqrafik göstəricidə alimin həyatı və elmi-pedaqoji fəaliyyəti, əsərlərinin biblioqrafiyası – kitab, elmi məqalələr, konfrans və seminarlarda çap olunmuş məruzələri, beynəlxalq elmi jurnallara redaktorluq, rəhbərlik etdiyi dissertantlar, opponentlik işləri və s. haqqında geniş məlumatlar yer alıb.

Həmçinin kitabda AMEA-nın müxbir üzvü Ramiz Alıquliyevin elmi və pedaqoji fəaliyyəti haqqında qısa oçerk verilib, alimin əsas fəaliyyət istiqaməti olan data mining, big data analitika, elektron dövlət, elmmetriya və paylanmış hesablamalar nəzəriyyəsinə dair konfrans, simpozium və elmi müşavirələrdə etdiyi çıxış və məruzələri haqqında məlumatlar öz əksini tapıb.

Kitab əsas fəaliyyət sahəsi informasiya texnologiyaları – data mining, text mining, big data analitika, süni intellekt, sosial şəbəkələrin analizi, elektron dövlət, elmmetriya və metaevristik alqoritmlər olan alim və mütəxəssislər, ali məktəb tələbələri, o cümlədən geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.frteb.science.gov.az saytına istinad zəruridir.
Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015