AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
Rəsədxananın Gənc Alim və Mütəxəssislər Şurasının növbəti astroseminarı keçirilib
Yan 14, 2022 | 14:10 / Konfranslar, iclaslar
Oxunub 48 dəfə

Yanvarın 14-də AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Gənc Alim və Mütəxəssislər Şurasının növbəti astroseminarı keçirilib.

Seminara rəhbərlik edən astronomiya üzrə fəlsəfə doktoru Günel Bahəddinova tədbiri giriş sözü ilə açaraq iştirakçıları salamlayıb və onlara məruzənin mövzusu haqqında məlumat verib.

Daha sonra Şamaxı Astrofizika Rəsədxanasının Qoşa ulduzlar və eruptiv proseslər şöbəsinin elmi işçisi Vüsalə Əliyeva “Herbig AE HD 31648 ulduzunun spektrində Hα və Hβ xətləri” mövzusunda məruzə ilə çıxış edib. V.Əliyeva Şamaxı Astrofizika Rəsədxanasının 2 metrlik teleskopunun Kasseqren fokusunda ShaFES lifli eşel spektroqrafında bircins cavan Ae Herbig tipli HD 31648 ulduzunun spektral Hα və Hβ xətlərinin tədqiqindən bəhs edib. Məruzəçi bildirib ki, müşahidə periodunda Herbig Ae HD 31648 ulduzunda baş verən atılma prosesləri Hα və Hβ xətlərində sinxron olaraq müşahidə edilib.

Seminar iştirakçılarının marağına səbəb olan məruzənin sonunda mövzu ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.frteb.science.gov.az saytına istinad zəruridir.
Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015