AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
Ətraf mühitin ekoloji vəziyyətinin qiymətləndirilməsində aktual olan nəticələr əldə edilib
Yan 07, 2022 | 15:29 / Yeni nəşrlər
Oxunub 91 dəfə

AMEA-nın Radiasiya Problemləri İnstitutunun Radioekologiya laboratoriyasının əməkdaşları dosent Aygün Nəsibova və professor Rövşən Xəlilovun həmmüəllifi olduqları “Müxtəlif ərazilərdən olan bioloji sistemlərdə endogen paramaqnit mərkəzlərin öyrənilməsi” adlı məqalə “Scopus” elmmetrik bazasına daxil olan (IF: 1.176) “Magnetic Resonance Part B, Magnetic Resonance Engineering” jurnalında dərc olunub.

Məqalədə Abşeron yarımadasının müxtəlif bioloji sistemlərində biominerallaşma hadisəsi nəticəsində nanofazalı dəmir oksidi maqnit hissəciklərinin yaranması və bu hadisəyə stress amillərinin təsiri müzakirə olunub.

Qeyd edək ki, alınan nəticələr ətraf mühitin ekoloji vəziyyətinin qiymətləndirilməsi və biotibbdə tətbiqi perspektivləri baxımından yüksək aktuallığa malikdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.frteb.science.gov.az saytına istinad zəruridir.
Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015