AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
AMEA-nın müxbir üzvü Əminağa Sadıqov beynəlxalq simpoziumda iştirak edib
Dek 01, 2021 | 14:16 / Konfranslar, iclaslar
Oxunub 96 dəfə

İdarəetmə Sistemləri İnstitutunun (İSİ) icraçı direktoru, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov 30 noyabr 2021-ci ildə Ukraynanın Kiyev şəhərində hibrid rejimdə keçirilən “Paton elmi ənənələri müasir elmin qarşısında duran yeni çağırışların işığında” beynəlxalq simpoziumda iştirak edib.

Ə.Sadıqov tədbirin plenar iclasında çıxış edərək Elmlər Akademiyalarının Beynəlxalq Assosiasiyasının prezidenti kimi akademik Boris Evgenyeviç Patonun MDB ölkələrində milli elmlər akademiyalarının qorunub saxlanmasında və inkişafındakı rolundan, Azərbaycan-Ukrayna elmi əlaqələrindən, o cümlədən AMEA İdarəetmə Sistemləri İnstitutunun Ukrayna MEA-nın akademik Qluşkov adına Kibernetika İnstitutu ilə əməkdaşlığından və onların inkişaf perspektivlərindən danışıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.frteb.science.gov.az saytına istinad zəruridir.
Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015