AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
“X Milli Superkompüter Forumu” öz işinə başladı
Noy 30, 2021 | 11:11 / Konfranslar, iclaslar
Oxunub 64 dəfə

Bu gün Rusiya Federasiyasının Pereslavl-Zalesskiy şəhərində X Milli Superkompüter Forumu (Национальный Суперкомпьютерный Форум, НСКФ-2021) öz işinə başlayıb.

Dekabrın 3-dək davam edəcək tədbirin keçirilməsində əsas məqsəd superkompüter texnologiyalarının yaradılması və tətbiqi ilə bağlı müzakirələr aparmaq, hər bir ölkənin superkompüter texnologiyaları ilə bağlı siyasətinin vəziyyəti, əldə olunmuş nailiyyətləri ilə tanış olmaq, eləcə də qarşıda duran vəzifə və prioritetləri müəyyənləşdirməkdir.

“Milli Superkompüter Forumu”nda superkompüter sənayesi ilə bağlı tədqiqat, aparat vasitələri, sistem proqram təminatı, superkompüter xidmətləri, superkompüter sahəsinin təşkilati aspektləri kimi mövzularda məruzələr təqdim olunacaq.

Forum çərçivəsində keçiriləcək “Elektron idarəetmədə bulud və paylanmış hesablama sistemləri” mövzusunda beynəlxalq konfransın təşkilatçılarından biri də AMEA İnformasiya Texnologiyaları İnstitutudur.

Konfransda İnformasiya Texnologiyaları İnstitutunun bir neçə əməkdaşı məruzə ilə çıxış edəcəklər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.frteb.science.gov.az saytına istinad zəruridir.
Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015