AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
İnformasiya təhlükəsizliyinin təmini üçün milli standartlar mövcuddur
Noy 30, 2021 | 15:27 / Müsahibələr, çıxışlar
Oxunub 134 dəfə

Müasir dövrdə informasiyanın ictimai həyatdakı rolunun yüksəlməsi informasiya təhlükəsizliyi məsələsini önə çıxarıb. Onun meydana çıxması isə 1988-ci ilə təsadüf edir. 2 noyabr tarixində Kornel Universitetinin aspirantı Robert Moris 6 min kompüterin işini iflic edən soxulcanı şəbəkəyə buraxılıb.

Dünyanın aparıcı ölkələrində olduğu kimi Azərbaycanda da informasiya təhlükəsizliyinin hüquqi təminatı sahəsində sistemli əməli tədbirlər görülür. Bu baxımdan ilk növbədə beynəlxalq informasiya təhlükəsizliyi, həmçinin milli maraqların qorunması və möhkəmləndirilməsi məsələsinə xüsusi diqqət ayrılır.

Digər sahələlərdə olduğu kimi sözügedən istiqamətdə də həyata keçirilən dövlət proqramlarına Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) institutları tərəfindən elmi dəstək verilir. Dünya təcrübəsi öyrənilir, aparıcı ölkələrlə əməkdaşlıq əlaqələri genişləndirilərək tədqiqatlar aparılır.

Mövzu ilə əlaqədar AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun icraçı direktoru, akademiyanın müxbir üzvü Əminağa Sadıqov "525-ci Kanal"a danışıb. O qeyd edib ki, ölkəmizdə ümumilikdə İKT-nin inkişafı, eləcə də informasiya təhlükəsizliyinin təmin olunması dövlət siyasətinin prioritetlərindəndir və daim diqqət mərkəzində saxlanılır.

 

525-ci qəzet

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.frteb.science.gov.az saytına istinad zəruridir.
Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015