AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
30 Noyabr - Beynəlxalq İnformasiya Təhlükəsizliyi Günüdür
Noy 30, 2021 | 11:51 / Mühüm hadisələr
Oxunub 107 dəfə

Beynəlxalq İnformasiya Təhlükəsizliyi Günü 33 ildir ki, dünyada qeyd olunur. 1988-ci ildə Amerikanın Kompüter Avadanlığı Assosiasiyası noyabrın 30-nu Beynəlxalq İnformasiya Təhlükəsizliyi Günü elan edib.

Bu günün təsis edilməsində məqsəd hər kəsə kompüter informasiyasının mühafizəsinin vacibliyini xatırlatmaq, həmçinin avadanlıq və proqram vasitələri istifadəçiləri və istehsalçılarının diqqətini təhlükəsizlik problemlərinə yönəltmək olub.

1988-ci il noyabrın 30-da “Morris soxulcanı”nın kütləvi epidemiyası qeydə alınıb. Məhz o zaman mütəxəssislər informasiya təhlükəsizliyinin təmin edilməsinə kompleks yanaşmanın zəruriliyi haqqında düşünüblər. O vaxtdan Kompüter Avadanlığı Assosiasiyasının təşəbbüsü ilə hər il ənənəvi olaraq informasiya təhlükəsizliyinin müxtəlif problemlərinin həlli yollarının araşdırılmasına həsr olunmuş silsilə tədbirlər keçirilir.

 

AZƏRTAC

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.frteb.science.gov.az saytına istinad zəruridir.
Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015