AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
İdarəetmə Sistemləri İnstitutu ilə Belarus Tətbiqi Proqram Sistemləri İnstitutu arasında memorandum imzalanıb
Noy 29, 2021 | 11:17 / Mühüm hadisələr
Oxunub 70 dəfə

24 noyabr 2021-ci il tarixində Belarus Respublikasının Rabitə və İnformasiyalaşdırma Nazirliyində “Tətbiqi Proqram Sistemləri İnstitutu” Elmi-Mühəndislik Respublika Unitar Müəssisəsi ilə AMEA-nın İdarəetmə Sistemləri İnstitutu arasında EU4Digital regionlararası proqramı çərçivəsində birgə pilot layihələrin konsepsiyasının hazırlanması və həyata keçirilməsi məqsədilə əməkdaşlıq memorandumu imzalanıb.

Memorandumu AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun baş direktoru, akademik Əli Abbasov və Tətbiqi Proqram Sistemləri İnstitutunun direktoru İqor Mixaylovski imzalayıblar.

Tərəflər milli elektron logistika sistemlərinin və rəqəmsal nəqliyyat dəhlizlərinin (DTC) yaradılması yolu ilə nəqliyyat-logistika proseslərinin idarə edilməsi, rəqəmsallaşdırılması üzrə konsepsiyaların hazırlanması və birgə tədqiqat və layihələndirmə işlərinin həyata keçirilməsində əməkdaşlıq edəcəklərini ifadə ediblər.

Görüşdə, həmçinin elektron logistika sistemlərinin və DTC-lərin inkişafı sahəsində məlumat və təcrübə mübadiləsi, bu sahələr üzrə mövcud normativ sənədlər və texniki standartlar haqqında məlumat mübadiləsi barədə razılığa gəlinib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.frteb.science.gov.az saytına istinad zəruridir.
Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015