AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
Şamaxı Astrofizika Rəsədxanasının Elmi Şurasının növbəti iclası keçirilib
Noy 30, 2021 | 09:25 / Konfranslar, iclaslar
Oxunub 97 dəfə

Noyabr ayının  29-da  AMEA  N.Tusi  adına  Şamaxı  Astrofizika  Rəsədxanasında (ŞAR)  Elmi  Şuranın  növbəti  iclası  keçirilib.

İclası  elmi  şuranın  sədri,  AMEA-nın  müxbir  üzvü  Namiq  Cəlilov açaraq,  gündəlikdə  duran  məsələlər  barədə  şura  üzvlərinə  məlumat  verib.

İclasda ŞAR-ın 2021-2025-ci illər üçün təsdiq edilmiş elmi tədqiqat mövzuları daxilində 2022-ci il üçün nəzərdə tutulmuş elmi tədqiqat işlərinin təsdiqi üçün adiyyatı şəxlərin çıxışları dinlənilib. Şamaxı Astrofizika Rəsədxanasının 2022-ci il üçün elmi-tədqiqat işlərinin əhatəli planının hazırlanaraq AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinə təqdim olunması qərara alınıb.

Daha sonra rəsədxananın Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) yeni idarə heyəti və tərkibi təsdiq olunub. GAMŞ-ın sədri vəzifəsinə ŞAR-ın “Ulduz atmosferləri fizikası və maqnetizm“ şöbəsinin elmi işçisi Aynurə Həsənova, sədr müavini vəzifəsinə “Qalaktikalar  və  ulduzəmələgəlmə prosesləri“ şöbəsinin kiçik elmi işçisi Nərgiz Tağıyeva, şuranın katibi vəzifəsinə isə “Qoşa ulduzlar və eruptiv proseslər“ şöbəsinin elmi işçisi Aysel Rüstəmova seçilib.

Sonda bir sıra cari məsələlər müzakirə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.frteb.science.gov.az saytına istinad zəruridir.
Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015