AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
AMEA-nın müxbir üzü Qorxmaz İmanov beynəlxalq tədbirdə iştirak edib
Noy 29, 2021 | 13:14 / Mühüm hadisələr
Oxunub 82 dəfə

Barselona Humanist İqtisadiyyat məktəbinin təbliğ etdiyi “Yeni iqtisadiyyat” ideyası İspaniya İqtisadiyyat və Maliyyə Elmləri Kral Akademiyası (RACEF) tərəfindən "Sars-Covid-2-dən sonra yeni iqtisadiyyat. Reallıqlar və texnoloji inqilab" adlı hibrid formatda keçirilən beynəlxalq tədbirə AMEA-nın müxbir üzvü Qorxmaz İmanov da qatılıb.

Q.İmanov konfransda “Azərbaycanın sosial-iqtisadi inkişafı üçün Covid-dən sonrakı milli prioritetlər” (“Post-Covid national priorities for socio-economic development of Azerbaijan”) adlı məruzə ilə çıxış edib.

Tədbirə rəhbərlik edən RACEF-in prezidenti Xayme Xil Aluxa təqdimatla çıxış edərək post pandemiya dövrünün yeni iqtisadi modelinin təyinat və nəticələrini bölüşüb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.frteb.science.gov.az saytına istinad zəruridir.
Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015