AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
Foto
İdarəetmə Sistemləri İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının iclası keçirilib
Noy 24, 2021 | 13:56 / Konfranslar, iclaslar
Oxunub 54 dəfə

İdarəetmə Sistemləri İnstitutunun (İSİ) Gənc alim və Müxtəxəssislər Şurasının (GAMŞ) iclası keçirilib.

İnstitutun baş direktoru, akademik Əli Abbasov tədbiri giriş sözü ilə açaraq iclasın Gənc Alim və Mütəxəssislər Şurasına yeni seçkilərin keçirilməsi ilə bağlı olduğunu bildirib.

Sonra İSİ-nin icraçı direktoru, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov çıxış edərək gənclərin müxtəlif sahələrdə, xüsusən də elmin inkişafında aparıcı qüvvə olduğunu qeyd edib. AMEA-da gənclərin üstünlük təşkil etdiyini ifadə edən Ə.Sadıqov qarşıda duran mühüm vəzifələrdən bəhs edib, gənclərə daim fəal olmağı tövsiyə edib.

İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, r.ü.f.d. Rəşad Məstəliyev, İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri, GAMŞ sədr müavini, i.ü.f.d Aygün Əliyeva, İSİ-nin Yeni Azərbaycan Partiyasının (YAP) ilk Ərazi təşkilatının sədri Zülalə Cəbiyeva, sözügedən müəssisənin elmi katibi Zəhra Əzizova və institutun Təhsil şöbəsinin müdiri, r.ü.f.d. Sevinc Quliyeva çıxış edərək namizədlərlə bağlı fikirlərini bildiriblər.

Yığıncaqda açıq səsvermə keçirilərək kiçik elmi işçi Lamiyə Nəcəfova GAMŞ sədri, baş mütəxəssis Nərmin Abbaszadə və böyük laborant Rüstəm Əzimov sədr müavinləri, kiçik elmi işçi Rahiyə Niyazova isə şuranın katibi seçilib.

İnstitutun rəhbərliyinə və şura üzvlərinə göstərilən etimada görə təşəkkürünü ifadə edən Lamiyə Nəcəfova çıxışında Azərbaycanın mühüm tarixi-siyasi dövrdən keçdiyini qeyd edərək məhz bu dövrdə gənclərin rolunun önəminə toxunub, şuranın gələcək fəaliyyətini uğurla davam etdirəcəyinə inamını bildirib.

Tədbirin sonunda Ə.Sadıqov seçilən namizədləri təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.frteb.science.gov.az saytına istinad zəruridir.
Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015