AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
Riyaziyyat və Mexanika İnstitutu Rusiyanın Bryansk Dövlət Universiteti ilə əməkdaşlıq edəcək
Noy 24, 2021 | 08:26 / Mühüm hadisələr
Oxunub 487 dəfə

AMEA-nın Riyaziyyat və Mexanika İnstitutu ilə Rusiyanın akademik İ.Q.Petrovski adına Bryansk Dövlət Universiteti arasında elmi-texniki əməkdaşlığa dair müqavilə imzalanıb.

Müqavilə institutun direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov və Bryansk Dövlət Universitetinin rektoru, professor Andrey Antyuxov tərəfindən imzalanıb.

Qeyd edək ki, tərəflər arasında razılıq Riyaziyyat və Mexanika İnstitutunun Cəbr və məntiq şöbəsinin baş elmi işçisi, professor Ramiz Aslanovun Rusiyada beynəlxalq konfransda iştirakı və universitet rəhbərliyi ilə apardığı danışıqlar zamanı əldə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.frteb.science.gov.az saytına istinad zəruridir.
Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015