AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
Foto
Şamaxı Astrofizika Rəsədxanasının əməkdaşları hesabat verib
Noy 23, 2021 | 15:34 / Konfranslar, iclaslar
Oxunub 35 dəfə

AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Elmi şurasının hesabat iclasları keçirilib.

İclaslarda rəsədxananın şöbələrinin müdirləri və müvafiq elmi işlər üzrə rəhbər şəxslərin çıxışları dinlənilib. Çıxışlarda cari il ərzində görülmüş işlərin yekunlarına dair hesabatlar təqdim edilib, əldə olunmuş nəticələr, dərc edilmiş elmi əsərlər, innovasiya fəaliyyəti, qrant layihələri və kadr hazırlığı haqqında geniş məlumat verilib.

Çıxışlar ətrafında geniş müzakirələr aparılıb və hazırkı illik nəticələr ötən ilin müvafiq dövrü ilə müqayisə edilərək kəmiyyət və keyfiyyət göstəricilərinin yaxşılaşdırılması, növbəti ildə elmi və elmi-təşkilati fəaliyyətin daha səmərəli təşkili ilə əlaqədar təkliflər irəli sürülüb.

Sonda şura üzvləri rəsədxananın şöbələrində 2021-ci ildə aparılmış tədqiqat işlərinin yekunlarına dair hesabatların qəbul olunaraq AMEA-nın Fizika Riyaziyyat və Texnika Elmləri Bölməsinə təqdim edilməsinin lehinə yekdilliklə səs verib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.frteb.science.gov.az saytına istinad zəruridir.
Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015