AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
Sabah ilin son Ay tutulması olacaq
Noy 18, 2021 | 17:41 / Mühüm hadisələr
Oxunub 386 dəfə

Noyabrın 19-da 2021-ci ilin  sonuncu  Ay  tutulması  hadisəsi  baş  verəcək.

Bu  təbiət  hadisəsi  zamanı  Ayın  bir  hissəsi  Yerin  kölgə  konusundan  (Umbra)  keçəcək  ki,  bu  cür  tutulmaya  Qismən  Ay  tutulması  deyilir.

AMEA-nın Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, Tutulma  hadisəsi  Bakı  vaxtı  ilə  saat  11:18:41-də  başlayacaq,  saat  14:47:04-də  isə  başa  çatacaq.  Ümumlikdə  2  saat  28  dəqiqə  davam  edəcək  tutulmanın  maksimumu  saat  13:02:55-də  olacaq.

Qeyd edək ki, Ay tutulması Amerika, şimali Avropa, şərqi Asiya, Sakit okean və Avstraliyada müşahidə olunacaq. Tutulma zamanı Ay üfüqdən aşağıda olduğuna görə bu təbiət fenomeni Azərbaycanda müşahidə olunmayacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.frteb.science.gov.az saytına istinad zəruridir.
Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015