AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
Foto
Fizika İnstitutunda Yeni Azərbaycan Partiyasının yaranmasının 29-cu ildönümü qeyd olunub
Noy 17, 2021 | 17:00 / Konfranslar, iclaslar
Oxunub 365 dəfə

Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatının Fizika İnstitutunda yerləşən ərazi partiya təşkilatında partiyanın yaranmasının 29-cu ildönümünə həsr olunmuş iclas keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

İclası AMEA-nın birinci vitse-prezidenti vəzifəsini icra edən, Fizika İnstitutunun baş direktoru, akademik Arif Həşimov açaraq YAP-ın yaranma tarixindən və ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişindən sonra ölkəmizin yeni inkişaf dövrünə qədəm qoymasından danışıb.

Sonra Fizika İnstitutunun YAP Ərazi partiya təşkilatının sədri, fizika üzrə fəlsəfə doktoru Şəhla Xəlilova və təşkilat üzvləri Günay Muradova, Günel Məhərrəmova, Gülnaz Daşdəmirova,  Bayram Xudayarov və Qızbəs Məmmədova çıxış edərək YAP-ın müasir Azərbaycanın tarixindəki rolundan, ulu öndər Heydər Əliyevin ölkəmiz üçün tarixi xidmətlərindən və 44 günlük Vətən müharibəsindən söz açıblar.

İclasda, həmçinin Fizika İnstitutunun YAP Ərazi partiya təşkilatının son 6 ay ərzində fəaliyyətinə dair məlumat verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.frteb.science.gov.az saytına istinad zəruridir.
Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015