AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
Azərbaycanlı alimlərin məqaləsi yüksək impakt faktorlu jurnalda dərc edilib
Okt 05, 2021 | 11:20 / Yeni nəşrlər
Oxunub 591 dəfə

Riyaziyyat və Mexanika İnstitutunun Riyazi analiz şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Vaqif Quliyevin və həmin şöbənin baş elmi işçisi, riyaziyyat elmləri doktoru Rövşən Bəndəliyevin I Azərbaycan-Rusiya birgə beynəlxalq qrant müsabiqəsi çərçivəsində həmmüəllifi olduğu məqalə “Mediterranean Journal of Mathematics” yüksək impakt faktorlu (1.400) Q2 kateqoriyalı jurnalda dərc edilib.

“Metrik fəzalarda dəyişən dərəcəli Morri fəzalarında predkompakt çoxluqlar” adlı məqalədə metrik fəzada və məhdud çoxluqda dəyişən dərəcəli Morri fəzasında verilmiş çoxluq ailəsinin predkompakt olması üçün zəruri və kafi şərtlər tapılıb. Dəyişən dərəcəli Lebeq fəzasından fərqli olaraq dəyişən dərəcəli Morri fəzasında verilmiş çoxluğun predkompakt olması əlavə şərtlərin qoyulmasını  tələb edir. Bu xarakteristika həm də sabit dərəcə halında yenidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.frteb.science.gov.az saytına istinad zəruridir.
Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015