AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükütla yad edilib
Sen 27, 2021 | 12:06 / Mühüm hadisələr
Oxunub 117 dəfə

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin “Azərbaycan Respublikasında Anım gününün təsis edilməsi haqqında” 02 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü yolunda canını qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi saat 12:00-da bir dəqiqəlik sükutla yad edilib.

Şəhidlərimizin xatirəsi AMEA-nın Biofizika İnstitutunda da dərin hörmət və ehtiramla anılıb.

Vətən Müharibəsində həlak olmuş əsgər və zabitlərimizin, düşmən tərəfindən qətlə yetirilmiş mülki vətəndaşlarımızın ruhları qarşısında baş əyirik! Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.frteb.science.gov.az saytına istinad zəruridir.
Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015