AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
Foto
Riyaziyyat və Mexanika İnstitutunun əməkdaşları şəhid ailələrini ziyarət ediblər
Sen 27, 2021 | 16:06 / Konfranslar, iclaslar
Oxunub 107 dəfə

AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda 27 sentyabr - Anım Günü münasibətilə tədbir keçirilib.

Tədbirdə çıxış edən institutun direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov bildirib ki, haqq və şərəf işimiz olan, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirib: “Torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edilib. Müzəffər ordumuzun bu gün yazdığı tarix sabah daha da güclü inkişaf edəcək, çiçəklənəcək Azərbaycan üçün möhkəm bünövrədir. Bu, eyni zamanda regionda dayanıqlı və uzunmüddətli sülhü, əmin-amanlığı və təhlükəsizliyi təmin edən mühüm amildir”.

Anım Günü tədbirləri çərçivəsində Riyaziyyat və Mexanika İnstitutunun Həmkarlar Komitəsinin sədri, dosent İradə Mirzəzadənin təşəbbüsü ilə müəssisənin bir neçə əməkdaşı ölümsüzlük zirvəsinə yüksəlmiş cəsur şəhidlərimiz baş çavuş Vüqar Cəfərov, Fərid Məhərrəmov və Kəmaləddin Məmmədzadənin ailələrinə baş çəkiblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.frteb.science.gov.az saytına istinad zəruridir.
Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015