AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
Riyaziyyatçı alimin məqaləsi impakt faktorlu jurnalda işıq üzü görüb
Sen 28, 2021 | 09:06 / Yeni nəşrlər
Oxunub 117 dəfə

AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun Diferensial tənliklər şöbəsinin baş elmi işçisi, fizika-riyaziyyat elmləri doktoru, professor Tahir Hacıyevin həmmüəllifi olduğu məqalə impakt faktorlu jurnalda çap olunub.

Məqalə “Journal of Mathematical Inequalities” 1.225 yüksək impakt faktorlu Q2 kateqriyalı jurnalda dərc edilib.

“Ümumiləşdirilmiş Morrey fəzalarında qeyri-hamar oblastlarda kiçik BMO əmsallı qeyri-xətti eliptik tənliklər” adlı məqalədə qeyri-hamar oblastlarda kiçik BMO əmsallı qeyri-xətti elliptik tənliklərin ümumiləşmiş Sobolev-Morri fəzalarında həlləri üçün qiymətləndirmələr alınıb. Ümumiləşmiş Morri fəzalarında zəif həllərin requlyarlığı araşdırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.frteb.science.gov.az saytına istinad zəruridir.
Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015