AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
AMEA-nın doktoranturasına qəbul imtahanları keçirilib
Sen 23, 2021 | 17:36 / Mühüm hadisələr
Oxunub 120 dəfə

Azərbaycan Milli Elmlər Akademiyası prezidentinin 1 sentyabr 2021-ci il tarixli “Qəbul imtahanlarının keçirilməsi haqqında” sərəncamına əsasən, AMEA-da fəlsəfə və ixtisas fənni üzrə qəbul imtahanları təşkil edilib.

10 sentyabr 2021-ci il tarixində keçirilən fəlsəfə imtahanında Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilmiş xarici dil imtahanında müvəffəqiyyət qazanmış iddiaçılar iştirak ediblər. Fəlsəfə fənni üzrə imtahan verən və uğurlu nəticə əldə edən 62 nəfər iddiaçı ixtisas fənləri üzrə imtahanlara qatılıb.

AMEA-nın müvafiq elmi müəssisələrində təşkil edilmiş İmtahan Komissiyasının üzvlərinin və AMEA Rəyasəti Heyəti aparatının Təhsil şöbəsinin nümayəndələrinin müşahidəçi qismində iştirakı ilə keçirilmiş ixtisas imtahanları 23 sentyabr 2021-ci il tarixində uğurla başa çatıb.

Şəffaf və mövcud qaydalara uyğun təşkil olunmuş ixtisas imtahanlarında doktorantların əksəriyyəti yüksək nəticələr əldə ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.frteb.science.gov.az saytına istinad zəruridir.
Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015