AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
Biofizika İnstitutunun Elmi şurasının iclası keçirilib
Sen 23, 2021 | 14:10 / Konfranslar, iclaslar
Oxunub 109 dəfə

AMEA-nın Biofizika İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.

İclası institutun baş direktoru, AMEA-nın müxbir üzvü Oktay Qasımov açaraq tədbirin gündəliyindəki məsələləri şura üzvlərinin diqqətinə çatdırıb.

İclasda ilk olaraq sözügedən müəssisədə “Biofizika” ixtisası üzrə ali təhsilin magistratura səviyyəsi üzrə tədris planında I semestr üçün nəzərdə tutulmuş ixtisas və ixtisaslaşmaya ayrılan fənlərin proqram və sillabusları müzakirə olunaraq təsdiq edilib.

Daha sonra 2021/2022-ci tədris ilində AMEA-nın magistrantlarının hazırlığı üzrə qəbul planına uyğun olaraq Biofizika İnstitutuna qəbul olmuş magistrantların elmi rəhbərlərinin təyini və onların dissertasiya mövzularının təsdiq edilməsi məsələsinə baxılıb. Məsələ ilə bağlı çıxış edən Oktay Qasımov Biofizika İnstitutunda magistrantların yüksək səviyyədə hazırlığı üçün elmi rəhbərlərə müvafiq tapşırıqlar verib.

Gündəlikdə yer alan növbəti məsələ 11 avqust 2021-ci il tarixində Azərbaycan Milli Elmlər Akademiyasından Biofizika İnstitutuna daxil olmuş  məktubda qeyd olunan “Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Texnologiya və innovasiyalar işçi qrupunun 2021-ci il üzrə Fəaliyyət Planı”nın müvafiq bəndləri üzrə sözügedən müəssisədə həyata keçiriləcək tədbirlərin müzakirəsi haqqında olub. Məsələ müzakirə olunduqdan sonra müvafiq qərar qəbul edilib.

Sonda 2022/2023-cü tədris ili üzrə AMEA-nın magistraturasına qəbul planı müzakirə olunub. Qərara alınıb ki, Biofizika İnstitutu üçün “Biofizika” və “Biokimya” ixtisaslaşmaları üzrə yerlər sifariş olunsun.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.frteb.science.gov.az saytına istinad zəruridir.
Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015