AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
İnformasiya Texnologiları İnstitutunun şöbə müdirləri Fəxri Fərmanla təltif ediliblər
Sen 23, 2021 | 10:24 / Konfranslar, iclaslar
Oxunub 106 dəfə

AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdirləri – AMEA-nın müxbir üzvü, texnika üzrə elmlər doktoru, professor Məsumə Məmmədova və texnika üzrə fəlsəfə doktoru Gülnarə Nəbibəyova AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin Ümumi yığıncağının qərarı ilə AMEA-nın elmi və ictimai həyatında səmərəli fəaliyyətinə görə bölmənin Fəxri Fərmanı ilə təltif ediliblər.

İnstitutun onlayn elmi seminarında Həmkarlar Təşkilatının sədri Səyyar Abdullayev fəxri fərmanları şöbə müdirlərinə təqdim etdi.

AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək, M.Məmmədova və G.Nəbibəyovanın yüksək peşəkarlıq səviyyəsi, səmərəli və məhsuldar fəaliyyəti ilə hər zaman seçilən alimlərdən olduqlarını vurğuladı, onları ürəkdən təbrik etdi.

Şöbə müdirləri AMEA-da elmi fəaliyyətin həmişə yüksək qiymətləndirildiyini qeyd etdilər, minnətdarlıqlarını bildirdilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.frteb.science.gov.az saytına istinad zəruridir.
Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015