AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunda vebinar keçirilib
Sen 22, 2021 | 17:16 / Konfranslar, iclaslar
Oxunub 104 dəfə

Bakı Dövlət Universitetinin (BDU) nəzdində Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunda vebinar keçirilib.

Vebinarda akademik Fikrət Əliyev “Maye dempferli rəqsvari sistemlər üçün bəzi riyazi məsələlər və onların həlli” mövzusunda məruzə ilə çıxış edib.

Məruzədə maye dempferli rəqsvari sistem üçün riyazi məsələ - praktikadan götürülən statistik verilənlərə tabe olan həddin kəsr törəməsinin tərtibi, baş kütlənin kifayət qədər böyük qiyməti üçün ayrılmayan sərhəd şərtli uyğun sistemin həllinin qurulması, birinci yaxınlaşmada asimptotik həllin tapılması, uyğun olaraq proqram trayektoriya və idarəedicilərin ətrafında sistemi stabilləşdirmək üçün optimal requlyatorların qurulması məsələlərindən bəhs olunub.

Vebinarda institutun əməkdaşları və Zəncan Universitetinin Riyaziyyat bölməsinin professoru Ali Şükrü, Atatürk Universitetinin Riyaziyyat bölməsinin professoru Ahmet Ocak Akdemir iştirak ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.frteb.science.gov.az saytına istinad zəruridir.
Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015