AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
Biofizika İnstitutunda yeni tədris ilində qarşıda duran vəzifələr müzakirə edilib
Sen 09, 2021 | 16:16 / Konfranslar, iclaslar
Oxunub 86 dəfə

AMEA-nın Biofizika İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.

İclası institutun baş direktoru, AMEA-nın müxbir üzvü Oktay Qasımov açaraq tədbirin gündəliyindəki məsələləri şura üzvlərinin diqqətinə çatdırıb.

İclasda ilk olaraq 2021/2022-ci tədris ilində Biofizika İnstitutunun qarşısında duran vəzifələrə dair fikir mübadiləsi aparılıb. Məsələ ilə bağlı çıxış edən professor Oktay Qasımov görüləcək işləri və qarşıdakı hədəfləri açıqlayıb, yeni tədris ilinin başlaması münasibətilə şura üzvlərinə uğurlar arzulayıb.

Daha sonra AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin 27 iyul 2021-ci il tarixli Ümumi yığıncağının və Rəyasət Heyətinin 9 iyul 2021-ci il tarixli “Azərbaycan Respublikasında 2022-2030-cu illərdə elmin dayanıqlı inkişafı üzrə milli strategiyanın hazırlanması haqqında” müvafiq qərarlarının icrasından irəli gələn vəzifələr geniş müzakirə olunub, müvafiq qərarlar qəbul edilib.

Sonda bir sıra cari məsələlər müzakirə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.frteb.science.gov.az saytına istinad zəruridir.
Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015