AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin elmi müəssisələrində “Azərbaycan Respublikasında 2022-2030-cu illər üzrə elmin dayanıqlı inkişafı üzrə milli strategiya”ya təkliflər hazırlanır
Sen 07, 2021 | 12:14 / Konfranslar, iclaslar
Oxunub 75 dəfə

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika-Riyaziyyat və Tex­nika Elmləri Böl­məsinin (FRTEB) Ümumi yığıncağının növbəti onlayn iclasında AMEA-nın vitse-prezidenti, aka­demik Rasim Əliquliyev AMEA-nın 27 may 2021-ci il tarixli Ümumi yığıncağının və Rəyasət He­yətinin “Azərbaycan Respublikasında 2022-2030-cu illərdə elmin dayanıqlı inkişafı üzrə milli stra­tegi­ya­nın hazırlanması haqqında” müvafiq qərarlarının icrasından irə­li gələn vəzifələrdən danışdı.  

Aka­demik qeyd etdi ki, tor­paq­larımızın erməni işğalından azad edilməsi, dağı­dıl­mış ərazi­lər­də iri­miqyaslı quruculuq işlərinə baş­lanılması, ölkə­miz­də apa­rı­lan inno­­vativ islahatlar, biliklər iqti­sa­diy­yatının formalaşması, smart texnologiyalara əsaslanan infrastruktur layihələrinin icrası, IV sənaye inqi­la­bı­nın Azərbaycanda Regional Mərkəzinin yara­dıl­ma­sı, ener­ji təh­lü­­­kə­sizliyinə dair layihələrin hə­ya­ta keçirilməsi, dünyanın qlobal çağırışları və di­gər məsələ­lər­­lə bağ­lı Azərbaycan elminin, habelə FRTEB-in müəssisələrinin qarşısında ciddi, taleyüklü və­zi­fələr dayanır.

Alimin sözlərinə görə, həmin vəzifələrin həyata keçirilməsi Bölmənin elmi müəssisələrini öz kadr potensialını gücləndirmək, prioritet elmi istiqamətlərə diqqəti artırmaq, beynəlxalq elmi əlaqələri genişləndirmək və müasir elmi-texnoloji nailiyyətlərə əsaslanmaqla tədqiqatlar aparmağı zəruri edir.

Bölmənin Ümumi yığıncağı tərəfindən AMEA-nın 27 may 2021-ci il tarixli Ümumi yığın­ca­ğı­nın və Rəyasət Heyətinin 09 iyul 2021-ci il tarixli “Azərbaycan Respublikasında 2022-2030-cu illərdə el­min dayanıqlı inkişafı üzrə milli strategiyanın hazırlanması haqqında” qərarından irəli gələn və­zi­fə­lərin Bölmənin elmi müəssisələrində geniş müzakirə olunması və təkliflərinin hazırlanaraq FRTEB-ə təqdim edilməsi barədə müvafiq qərarlar qəbul edildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.frteb.science.gov.az saytına istinad zəruridir.
Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015