AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
Fizika İnstitutunun alimlərinin məqaləsi impakt faktorlu jurnalda çapdan çıxıb
Sen 06, 2021 | 17:10 / Yeni nəşrlər
Oxunub 97 dəfə

AMEA-nın Fizika İnstitutunun Nüvə və Yüksək enerjilər fizikası laboratoriyasının böyük elmi işçisi, fizika üzrə fəlsəfə doktoru, dosent Şahin Məmmədov və laboratoriyanın kiçik elmi işçisi doktorant Nərmin Nəsibovanın birgə müəllifi olduqları məqalə yüksək impakt faktorlu jurnal olan “Physical Review D”-də dərc olunub.

1893-cü ildə Edward Nichols tərəfindən təsis edilmiş, fizikanın bütün aspektləri ilə bağlı orijinal tədqiqatlar, elmi və ədəbi icmallar dərc edən, Amerika Fiziki Cəmiyyəti (APS) tərəfindən nəşr edilmiş Physical Review Jurnalı bir neçə alt jurnallarından biri "Physical Review D" dir. Physical Review D,1970-ci ildə nəşr olunan PRD, yüksək enerjilər fizikasına həsr olunmuş ən uzun müddət işləyən jurnallardan biridir. 1 yanvar 2018 tarixindən etibarən PRD SCOAP3 konsorsiumunun bir hissəsidir.

PRD xüsusi tədqiqat məqalələri və qısa məqalələri olan ətraflı araşdırma məqalələri dərc edir.130-dan çox ölkədən müəlliflər və rəyçilər var.

Physical Review D (PRD), elementar hissəciklər fizikası, sahə nəzəriyyəsi, qravitasiya və kosmologiya sahəsində aparıcı bir jurnaldır və yüksək enerjili fizikasında ən çox istinad edilən jurnallardan biridir.

2020-ci il üçün-

- Impact Score (IS)- 9.43

-H index -396

-Overall Rank -1489

- Impakt factor (IF)- 5.296

-istinad sayı- 204.090

Sözügedən məqalə aktual mövzuya ağır ioların toqquşması zamanı yaranan nuklon maddəsi daxilində elementar zərrəciklərin qarşılıqlı təsir məsələlərinin öyrənilməsinə həsr olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.frteb.science.gov.az saytına istinad zəruridir.
Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015