AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
AMEA-nın müxbir üzvü Ağası Məlikov Maxatma Qandi Universitetinin dissertasiya şurasına sədr seçilib
Sen 06, 2021 | 09:10 / Mühüm hadisələr
Oxunub 89 dəfə

Son illərdə AMEA-nın müxbir üzvü Ağası Məlikovun əsasını qoyduğu ehtiyatlanma-xidmət sistemləri nəzəriyyəsi dünyanın müxtəlif elmi mərkəzlərində sürətlə inkişaf etdirilir. Belə elmi mərkəzlərdən bir neçəsi Hindistanın müxtəlif universitetlərində yerləşir.

Qeyd edək ki, bu məktəblərdə yerinə yetirilən dissertasiyalar son zamanlarda elmi rəy üçün məhz Ağası Məlikova göndərilir və onu dissertasiya şuralarına açıq müdafiə üçün üzv olaraq dəvət edirlər.

Növbəti belə bir dissertasiya işi Hindistanın Kerala ştatındakı Maxatma Qandi Universitetində P.S. Reşminin riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün "Ehtiyatları xarab ola bilən stoxastik xidmət ehtiyatlanma sistemləri" mövzusunda təqdim edilib və A.Məlikov dissertasiya şurasının sədri seçilib. Dissertasiyanın açıq müdafiəsi 15 sentyabr 2021-ci il tarixinə təyin edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.frteb.science.gov.az saytına istinad zəruridir.
Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015