AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
Şamaxı Astrofizika Rəsədxanasında gənc alimlər üçün təşkil olunan “LaTex” kursunun növbəti seminarı
Avg 18, 2021 | 10:00 / Konfranslar, iclaslar
Oxunub 138 dəfə

AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) gənc alim və mütəxəssislər üçün təşkil olunmuş onlayn "Latex" kursunun növbəti seminarı keçirilib.

Seminarı Gənc alim və mütəxəssislər Şurasının sədri Əminə Hümbətova açaraq məruzənin mövzusu haqqında iştirakçılara məlumat verib.

Daha sonra Şamaxı Astrofizika Rəsədxanasının Təhsil şöbəsinin kompüter operatoru Cəmilə Əzimova “LaTex proqramında yeni məqalə yaradılması və təhlili” mövzusunda məruzə ilə çıxış edib.

Məruzəçi çıxışında "LaTex"də yeni məqalənin yaradılması ilə bağlı nəzəri bilikləri seminar iştirakçılarına çatdırmaqla yanaşı, həmin əməliyyatları praktiki olaraq proqramda nümayiş etdirib. "Style" fayla uyğun olaraq düsturların yazılması, cədvəllərin yaradılmasını əyani şəkildə göstərib.

Məruzə seminar iştirakçıları tərəfindən maraqla qarşılanıb, mövzu ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.frteb.science.gov.az saytına istinad zəruridir.
Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015