AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
İnformasiya Texnologiyaları İnstitutu: Azərbaycanda qeyri-neft sektorunun inkişafında İKT xüsusi əhəmiyyətə malikdir
Avg 18, 2021 | 14:01 / Mühüm hadisələr
Oxunub 127 dəfə

AMEA İnformasiya Texnologiyaları İnstitutunda İKT sferası infrastrukturunun effektiv formalaşması və idarə olunması xüsusiyyətləri tədqiq olunur.

İnstitutdan bildirilib ki, İKT əsaslı iqtisadiyyatın formalaşması və inkişafı elektron biznes, elektron ticarət, elektron kommersiya və rəqəmsal iqtisadiyyata əsaslanır. Tədqiqatın nəticələrinə əsasən, müasir dövrdə İKT sferası IV Sənaye İnqilabının çağırışlarına müvafiq olaraq dünya iqtisadiyyatının əsas sektoruna çevrilib. Azərbaycanda qeyri-neft sektorunun inkişafında, iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılmasının təmin edilməsində İKT sektoru xüsusi əhəmiyyətə malikdir. İKT sektorunun gəlirləri ümumi daxili məhsulun artımına birbaşa təsir edir.

AZƏRTAC

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.frteb.science.gov.az saytına istinad zəruridir.
Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015