AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
Akademik: Azərbaycan elminin prioritetləri fonunda astronomik tədqiqatların aparılması vacibdir
Avg 17, 2021 | 13:25 / Müsahibələr, çıxışlar
Oxunub 156 dəfə

Kosmik sənayenin inkişafı və Azərbaycan elminin prioritetləri fonunda astronomik araşdırmaların ölkənin milli maraqlarına xidmət etməsinin, astroinformatika, astrostatistikaya aid tədqiqatların aparılmasının, əldə olunan müşahidə məlumatlarının intellektual emalının, IV Sənaye İnqilabının çağırışlarına uyğun olaraq süni intellekt və maşın təliminin tətbiq olunması vacibdir.

Bu barədə AMEA Fizika-Riya­ziy­yat və Tex­nika Elmləri Bölməsinin (FRTEB) Ümumi yığıncağının növbəti onlayn iclasında AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev məlumat verib.

FRTEB-dən AZƏRTAC-a bildirilib ki, alim astroinformatika, astrostatistika sahələrində yüksəkixtisaslı kadrların hazırlanmasının zəruri olduğunu qeyd edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.frteb.science.gov.az saytına istinad zəruridir.
Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015