AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
Akademik: İnsan resurslarının formalaşdırılması dövlət siyasətinin ən mühüm prioritetlərindəndir
Avg 10, 2021 | 16:52 / Müsahibələr, çıxışlar
Oxunub 109 dəfə

Cəmiyyətdə innovativ mühitin formalaşması, qabaqcıl texnologiyaların tətbiqi, iqtisadiyyatın inkişafı, sosial rifahın yüksəldilməsi və digər bu kimi məsələlərlə yanaşı, yüksəkkeyfiyyətli insan resurslarının formalaşdırılması dövlət siyasətinin ən mühüm prioritetlərindəndir. Bu səbəbdən İnformasiya Texnologiyaları İnstitutunda da bu problemlərə dair müxtəlif istiqamətlər üzrə əsaslı tədqiqatlar aparılır.

Bu fikri İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev Elmi şuranın iclasında səsləndirib. Alim qeyd edib ki, sivilizasiyanın inkişafında insan resursları ən qiymətli resursdur. Bu gün inkişaf etmiş ölkələrin iqtisadi və intellektual potensialı təbii resurslarla deyil, məhz keyfiyyətli insan resurslarının formalaşması ilə müəyyənləşir.

AZƏRTAC

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.frteb.science.gov.az saytına istinad zəruridir.
Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015