AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
Maşın görməsi sistemlərinin hesablanmasına dair müzakirələr aparılacaq
Avg 14, 2021 | 15:17 /
Oxunub 88 dəfə

Sentyabrın 14-17-də Rusiyanın Cənub-Qərb Dövlət Universitetinin təşkilatçılığı ilə “Tanıma – 2021” XVI beynəlxalq konfransı (Raspoznavaniye-2021) keçiriləcək. Tədbirin təşkilatçılarından biri də AMEA İnformasiya Texnologiyaları İnstitutudur.

Konfransın əsas istiqamətləri “Təsvirlərin emalı, analizi və tanınmasının riyazi nəzəriyyəsi”, “Planlaşdırmanın və maşın görməsi sistemlərinin hesablanmasının əsasları”, “İxtisaslaşdırılmış hesablama vasitələri, təsvirlərin emalı və obrazların tanınmasında paralel və paylanmış hesablamalar”, “Optik-elektron sistemlərin (robot texnikası sistemləri) tətbiqi ilə istehsal proseslərinin avtomatlaşdırılması, elektronikada, informasiyanın və təsvirlərin emalı sistemlərində bifurkasiyalar və xaos”, “Texniki görmə sistemləri əsasında tibbi-ekoloji informasiya texnologiyaları” mövzularını əhatə edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.frteb.science.gov.az saytına istinad zəruridir.
Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015