AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
Azərbaycanlı alimlərin növbəti məqaləsi yüksək impakt faktorlu jurnalda dərc edilib
Avg 11, 2021 | 19:14 / Yeni nəşrlər
Oxunub 144 dəfə

Türkiyənin Yıldız Texniki Universitetinin professoru, AMEA-nın müxbir üzvü Surxay Əkbərovun və AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun böyük elmi işçisi, mexanika üzrə fəlsəfə doktoru Emin Bağırovun həmmüəllifi olduğu məqalə Birləşmiş Krallığın nüfuzlu hesab edilən Q1 kateqoriyalı “Waves in random and complex media” jurnalında dərc olunub.

“Taylor & Francis”ə məxsus 4,853 impakt faktorlu dərginin son saylarında işıq üzü görən məqalə “Qeyri-bircins ilkin istilik gərginlikli ikiqat boş silindirdə yayılan oxasimmetrik boyuna dalğaların dispersiyası” adlanır.

Xatırlamaq yerinə düşər ki, son illər həmmüəlliflərin ərsəyə gətirdiyi bir neçə məqalə də ABŞ, Avropa və Asiyanın yüksək reytinqli jurnallarında öz yerini alıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.frteb.science.gov.az saytına istinad zəruridir.
Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015