AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
Milli Təhlükəsiz İnternet Mərkəzi yaradılır
Avg 10, 2021 | 18:39 / Mühüm hadisələr
Oxunub 135 dəfə

AMEA İnformasiya Texnologiyaları İnstitutunda intellektual texnologiyaların tətbiqi ilə uşaqların internet mühitində informasiya təhlükəsizliyinin təmin olunması üçün model və alqoritmlər işlənir.

İnstitutdan bildirilib ki, internetin imkanlarının genişlənməsi və bura daxil olan faydalı və ziyanlı informasiya onlayn mühitdə təhlükəsizliyin pozulmasına səbəb olur. Uşaqların internet mühitində istifadəçi kimi fəal olması onların təhlükələrlə qarşılaşma ehtimalını çoxaldır. Tədqiqatların aparılmasında əsas məqsəd internet mühitində uşaqların təhlükəsizliyinin təmin edilməsi, təhlükələrin araşdırılması və problemlərin aradan qaldırılması yolları, eləcə də Milli Təhlükəsiz İnternet Mərkəzinin yaradılmasıdır.

AZƏRTAC

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.frteb.science.gov.az saytına istinad zəruridir.
Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015