AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
Plagiatlıqla mübarizəyə həsr olunan məqalə nüfuzlu jurnalda dərc olunub
İyl 16, 2021 | 08:57 / Yeni nəşrlər
Oxunub 139 dəfə

AMEA-nın vitse-prezidenti, Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin Elmi şurasının sədri, İTİ-nin direktoru, akademik Rasim Əliquliyev, institutun şöbə müdirləri - AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev və Rasim Mahmudovun həmmüəllif olduqları “Plagiarism in Azerbaijan: Problems and Solutions” adlı məqalə “Information Ethics” jurnalında dərc olunub. 

Məqalə Azərbaycanda plagiatlıqla mübarizə problemlərinə həsr olunub. Bu problemlərin həlli üçün, ilk növbədə, milli elektron kontentin formalaşdırılması və milli antiplagiat sisteminin yaradılmasının zəruriliyi əsaslandırılıb. Müvafiq kontentin formalaşdırılması üçün vacib olan tədbirlər göstərilib. Həmçinin milli antiplagiat sisteminin konseptual modeli təklif edilib. Plagiatlıqla mübarizənin hüquqi, ictimai qınaq və maarifləndirmə metodlarının tətbiqinə dair tövsiyələr işlənib. Azərbaycanda plagiatlığa yol açan sosial-psixoloji amillər analiz edilib və onların aradan qaldırılması yolları təklif edilib.

Qeyd edək ki, ABŞ-ın “McFarland” nəşriyyatı tərəfindən çap olunan “Information Ethics” jurnalı “Scopus” bazasında indeksləşir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.frteb.science.gov.az saytına istinad zəruridir.
Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015