AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
Foto
Radiasiya Problemləri İnstitutunda Fransa-Azərbaycan Universitetinin rəhbər heyəti ilə görüş keçirilib
İyn 10, 2021 | 17:07 / Görüşlər
Oxunub 345 dəfə

AMEA-nın Radiasiya Problemləri İnstitutunda (RPİ) Fransa-Azərbaycan Universitetinin (UFAZ) rəhbər heyəti ilə görüş keçirilib.

UFAZ-ın təşəbbüsü ilə keçirilən görüşdə RPİ-nun baş direktoru, AMEA-nın müxbir üzvü İslam Mustafayev, sözügedən müəssisənin  laboratoriya rəhbərləri Müslüm Qurbanov və Teymur Ağayev, UFAZ-ın direktoru Dr. Vazeh Əsgərov, bölmə rəhbəri Dr. Filippe Turek və baş elmi katib Dr. Elizabeta Bydanova iştirak edib.

Görüş zamanı çıxış edən İslam Mustafayev qonaqları salamlayaraq rəhbərlik etdiyi müəssisənin fəaliyyəti barədə onlara məlumat verib.

Daha sonra elmin müxtəlif sahələri, xüsusilə kimya və neft-qaz mühəndisliyi üzrə əməkdaşlığın edilməsi, Avropa İttifaqının “Horizon-Avropa” Proqramına layihələrin təqdim olunması üçün konsorsiumların yaradılması, elmlə təhsilin inteqrasiyası, kadr mübadiləsi, elmi tədqiqatların texniki təchizatına dəstək verilməsi, mühazirələrin təşkili və digər istiqamətlərdə qarşılıqlı müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.frteb.science.gov.az saytına istinad zəruridir.
Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015