AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
Foto
Fizika İnstitutunun əməkdaşı işğaldan azad olunan ərazilərdə tədqiqat işlərinə cəlb edilib
Apr 30, 2021 | 10:00 / Mühüm hadisələr
Oxunub 39 dəfə

AMEA-nın Fizika İnstitutunun Nanomaterialların tətbiqi texnologiyaları laboratoriyasının rəhbəri, dosent Nahidə Musayeva işğaldan azad olunan Füzuli və Cəbrayıl rayonlarında mənfur düşmən tərəfindən piyada və tank əleyhinə minalanmış sahələrdə ANAMA əməkdaşları ilə görüşüb.

Məqsəd həmin ərazilərə yeni texnologiyaların tətbiqinin mümkünlüyünü araşdırmaq və bu fəaliyyətlə bilavasitə məşğul olan insanların həyati risklərini maksimum azaltmaq və minalardan təmizlənmə prosesini sürətləndirməkdir.

Görüş çərçivəsində minalanmış ərazilərin tədqiqi, onların ənənəvi standart üsullarla təmizlənməsi prosesi izlənilib. Ağır texnika (Bozena-4, Bozena-5, MV-4) minatəmizləyən maşınların iş prinsipi müzakirə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.frteb.science.gov.az saytına istinad zəruridir.
Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015