AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
İnformasiya Texnologiyaları İnstitutunun 50 illiyinə həsr olunmuş ekspres-informasiyalar nəşr olunacaq
Apr 27, 2021 | 10:46 / Mühüm hadisələr
Oxunub 42 dəfə

AMEA İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) Elmi şurasının növbəti onlayn iclasında müzakirə olunan məsələlərdən biri də institutun elmi istiqamətləri üzrə 2020-2021-ci illərdə hazırlanmış ekspres-informasiyalar haqqında idi.

Bu barədə çıxış edən institutun elmi katibi Mədinə Səidova ötən il ərzində elektron tibb, informasiya (kiber) təhlükəsizliyi, elektron elm, Big Data, proqram mühəndisliyi, internet sosiologiyası problemləri üzrə 6 ekspres-informasiyanın çap olunduğunu diqqətə çatdırdı. Qeyd etdi ki, institutun 50 illiyinə həsr olunmuş, bulud texnologiyaları, elektron dövlət və informasiya iqtisadiyyatı problemləri üzrə 3 ekspres-informasiya nəşrə hazırlanır.

Sonra AMEA-nın vitse-prezidenti, Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin Elmi şurasının sədri, İTİ-nin direktoru, akademik Rasim Əliquliyev çıxış edərək, ekspres-informasiyaların institutda aparılan elmi tədqiqatlarla bağlı məlumatların ictimaiyyətə çatdırılması baxımından zəruri olduğunu bildirdi, əməkdaşları bu işdə fəal iştiraka çağırdı.

Sonda institutun yaradılmasının 50 illik yubileyi üçün hazırlanmış loqo nümayiş etdirilərək müzakirə olundu, təklif və tövsiyələr səsləndirildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.frteb.science.gov.az saytına istinad zəruridir.
Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015