AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
Azərbaycanlı alim Beynəlxalq Akademiyanın həqiqi üzvü seçilib
Apr 22, 2021 | 12:26 / Mühüm hadisələr
Oxunub 61 dəfə

AMEA-nın Radiasiya Problemləri İnstitutunun Heterogen proseslərin radiasiya kimyası laboratoriyasının rəhbəri, kimya elmləri doktoru, professor Teymur Ağayev Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində yerləşən Ekologiya və Həyat Fəaliyyətinin Təhlükəsizliyi üzrə Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü seçilib.

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatında (BMT) akkreditasiya olunmuş sözügedən Beynəlxalq Akademiyanın həqiqi üzvü seçilən T.Ağayev bu uğura hidrogen energetikası və nüvə təhlükəsizliyi sahəsində apardığı elmi tədqiqatlarda əldə etdiyi nəticələrə görə layiq görülüb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.frteb.science.gov.az saytına istinad zəruridir.
Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015