AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
Fizika İnstitutunun baş direktoru beynəlxalq konfransda iştirak edəcək
Fev 22, 2021 | 15:16 / Mühüm hadisələr
Oxunub 25 dəfə

AMEA-nın Fizika İnstitutunun Yüksək gərginliklərin fiziki və texniki problemləri laboratoriyası ilə Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutunun birgə işi olan rəqəmsal modelləşdirmə və müasir enerji sistemlərinin rejimlərinə nəzarət məsələlərinin həlli, eyni zamanda bərpa olunan enerji mənbələrinin sistemə inteqrasiyası sahəsində aparılan tədqiqatlar ABŞ, Norveç, İspaniya, Danimarka və s. kimi bir sıra inkişaf etmiş ölkələrin alim və mütəxəssisləri tərəfindən müsbət qarşılanıb.

Alınan nəticələri müzakirə etmək üçün Fizika İnstitutunun baş direktoru, akademik Arif Həşimov və professor Nəriman Rəhmanov “Elektrik, Rabitə və Kompüter  Mühəndisliyi” (ICECCE) üzrə III beynəlxalq konfransda iştirak etmək üçün dəvət alıblar.

Qeyd edək ki, tədbir iyun ayının 18-19-da Kuala-Lumpurda məşhur Elektrik və Elektron Mühəndisləri Beynəlxalq İnstitutunun (IEEE) dəstəyi ilə keçiriləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.frteb.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015