AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
Azərbaycan alimlərinin həmmüəllifi olduğu məqalə "Nature" jurnalında işıq üzü görüb
Dek 11, 2020 | 02:58 / Yeni nəşrlər
Oxunub 58 dəfə

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində “Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC-nin üzv olduğu ALICE təcrübəsində elementar zərrəciklər fizikası sahəsində ilk dəfə olaraq barion-hiperon arasında güçlü qarşılıqlı təsir aşkar edilib.

Belə ki, ALICE təcrübəsində femtometr miqyasında ölçmələrə imkan yaradan yeni üsuldan istifadə etməklə 13 TeV enerjili proton toqquşmalarında yaranmış protonlarla Omega zərrəcikləri arasında cazibə xarakterli güclü qarşılıqlı təsir ölçülüb. Bu kəşf proton-Omega qapalı sisteminin varlığını yoxlamaq üçün əsas yaradır və gələcək araşdırmaların təməlini qoyur.

Alınmış nəticələr Mərkəzin Yüksək Enerjili Hissəciklər fizikası şöbəsinin müdiri, fizika elmləri doktoru Anar Rüstəmov və elmi işçi Aydan Qəribli müəlliflərinin iştirakı ilə Nature jurnalının sonuncu nömrəsində çap olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.frteb.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015