AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
AMEA İdarəetmə Sistemləri İnstitutunun Elmi Şurasının Azərbaycan xalqının tarixi Qələbəsinə həsr olunmuş onlayn iclası keçirildi
Noy 14, 2020 | 12:42 / Konfranslar, iclaslar
Oxunub 17 dəfə

AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun (İSİ) Elmi Şurasının Azərbaycan xalqının tarixi Qələbəsinə  həsr olunmuş onlayn iclası keçirildi.

İnstitutun direktoru, akademik Telman Əliyev Ali Baş Komandanın rəhbərliyi altında Ordumuzun şanlı Qələbəsi münasibəti ilə iştirakçıları təbrik etdi. Alim vurğuladı ki, Respublika Prezidenti Azərbaycanın reallıqlarını  dünya icti­maiy­yətinə çatdıraraq, ölkəmizə tərəf yönlənən siyasi təzyiq cəhdlərinə məharətlə ca­vab verərək, tarixi böyük uğura imza atdı. Telman Əliyev Azərbaycan xal­qı­nın  dövlət baş­çısı ətrafında birləşərək ordumuza, ölkə başçısına dəstək olduğunu, xal­qın nü­ma­yiş etdirdiyi vətənpərvərlik və səfərbərlik hisslərindən qürurlandığını dilə gətirdi.

Tədbirdə çıxış edən AMEA-nın akademik-katibi, müxbir üzv Əminağa Sadıqov şura üzvlərini rəşadətli ordumuzun Qələbəsi münasibəti ilə təbrik etdi və canını vətən yolunda qurban vermiş şəhidlərə Allahdan rəhmət dilədi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.frteb.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015