AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
Foto
AMEA İdarəetmə Sistemləri İnstitutunun əməkdaşları Şəhidlər Xiyabanını ziyarət ediblər
Noy 14, 2020 | 02:57 / Mühüm hadisələr
Oxunub 23 dəfə

Noyabrın 13-də AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun Yeni Azər­bay­can Partiyası özək təşkilatının, Həmkarlar təşkilatının, Gənc Alim və Mütəxəs­sis­lər, Qadınlar şuralarının üzvləri Fəxri Xiyabana gələrək müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, abidəsi önünə əkilil qoyublar. Daha sonra görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Şəhidlər Xiyabanına gələn İdarəetmə Sistemləri İnstitutunun əməkdaşları Azərbaycanının ərazi bütövlüyü uğrunda canından keçən vətən oğullarının xatirəsini ehtiramla yad ediblər, məzarları üzərinə gül dəstələri düzüblər. Şəhidlərimizin ruhuna dualar oxunub.

Bir daha vurğulanıb ki, şəhidlərimizin əziz xatirəsi hər bir azərbaycanlının qəlbində daim yaşayacaq.

Allah şəhidlərimizə rəhmət eləsin!

Qəbirləri nurla dolsun!

 © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.frteb.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015