AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
İnformasiya Texnologiyaları İnstitutunun çoxsaylı əməkdaşı ABŞ-ın Ermənistana sanksiya tətbiqi ilə bağlı petisiyanı imzalayıblar
Okt 13, 2020 | 10:00 / Mühüm hadisələr
Oxunub 5 dəfə

Ağ Evin rəsmi saytının “Biz xalqıq” (We the People) bölməsində ABŞ-ın Ermənistana sanksiya tətbiqi ilə bağlı petisiya açılıb. Petisiyada Ermənistan tərəfindən Azərbaycanın ərazi bütövlüyünə təcavüz edildiyi, Dağlıq Qarabağ və ətraf ərazilərin işğal olunduğu qeyd edilib.

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun çoxsaylı əməkdaşı bu müraciətə qoşulub və petisiyanı imzalayaraq ABŞ-ın Ermənistana sanksiya tətbiqini dəstəkləyiblər.

Petisiyada, həmçinin Ermənistanın BMT Təhlükəsizlik Şurasının bu dövlətin Azərbaycan ərazilərini qeydsiz-şərtsiz azad etməsi ilə bağlı qəbul edilmiş qətnamələrinə əməl etmədiyi bildirilib. Bununla yanaşı, diqqətə çatdırılıb ki, Ermənistan Haaqa konvensiyasının qaydalarını pozaraq Gəncədə, Tərtərdə, Xızıda və Bərdədə mülki əhalini raket hücumuna məruz qoyur. Sentyabrın 27-dən etibarən Ermənistanın mülki insanları hədəfə alması nəticəsində 41 nəfər ölüb, 205 nəfər yaralanıb.

Müraciətdə Ermənistana qarşı ticarət sanksiyası və hərbi embarqosunun tətbiqinə çağırılıb.

Petisiyanı dəstəkləmək üçün linkə daxil olmaq, sağ tərəfdə ad (first name), soyad (last name), elektron ünvanı tələb olunan hissələrdə yazmaq və sign now düyməsini basmaqla petisiyanı imzalamaq olar. Bundan sonra elektron ünvana göndərilən təsdiqedici linki açmaqla petisiyanı imzalama prosesi başa çatmış olur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.frteb.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015