AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
Akademik Rasim Əliquliyev beynəlxalq jurnalın Redaksiya Şurasının üzvü seçilib
İyn 14, 2020 | 11:07 / Konfranslar, iclaslar
Oxunub 100 dəfə

AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev Novosibirsk Dövlət Texniki Universitetinin nəşri olan “Rəqəmsal texnologiyaların təhlükəsizliyi” (“Безопасность цифровых технологий”) adlı jurnalın redaksiya şurasının üzvü seçilib.

Jurnalın əsas məqsədi informasiya texnologiyaları, fizika, mexanika, materialşünaslıq, elektroenergetika, elektromexanika və elektrotexnologiya sahəsində fəaliyyət göstərən aparıcı alim və tədqiqatçıların elmi əsərlərini işıqlandırmaqdır. Nəşr doktorant və dissertantlar, mühəndislər, magistrlər, eləcə də fundamental tədqiqatların nəticələri ilə maraqlanan tələbələr üçün mühüm informasiya mənbəyidir. Jurnalda müxtəlif  ölkələrin elmi tədqiqatçılarının məqalələri dərc olunur.  

Qeyd edək ki, “Rəqəmsal texnologiyaların təhlükəsizliyi” jurnalı əvvəllər  “Novosibirsk Dövlət Texniki Universitetinin elmi əsərlərinin toplusu” (“Сборник научных трудов Новосибирского государственного технического университета”) adı ilə nəşr olunurdu.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.frteb.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015