AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
İnformasiya və kommunikasiya texnologiyalarının tətbiqi üzrə 14-cü IEEE beynəlxalq konfransı” (AICT 2020) keçiriləcək
Fev 26, 2020 | 03:39 /
Oxunub 51 dəfə

07-09 oktyabr 2020-ci il tarixlərində Özbəkistanın paytaxtı Daşkənd şəhərində “İnformasiya və kommunikasiya texnologiyalarının tətbiqi üzrə 14-cü IEEE beynəlxalq konfransı” (AICT 2020) keçiriləcək.

Qeyd edək ki, bu il 14-cü dəfə keçirilən beynəlxalq konfrans məşhur riyaziyatçı, astronom, coğrafiyaşünas və müasir cəbr elminə mühüm töhfələr bəxş etmiş dünyaşöhrətli alim Əl-Xarəzminin xatirəsinə həsr olunub.

Konfransda iştirak etmək istəyən alim və tədqiqatçılar məqalələrini may ayının 31-dək Təşkilat Komitəsinə (aict@aict.info və ya aict@tuit.uz elektron poçt ünvanlarına) təqdim edə bilərlər.

Konfransın müxtəlif bölmələrində “Alqoritmlər” (xüsusi sessiya),  “Big Data mühəndisliyi”, “Kibertəhlükəsizlik problemləri”, “Elmdə və təhsildə İKT-nin rolu”, eləcə də “Verilənlər haqqında elm və genişmiqyaslı analitika” və s. mövzularına həsr olunan məruzələr dinləniləcək.

Beynəlxalq konfransla bağlı ətraflı məlumatı buradan əldə etmək olar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.frteb.science.gov.az saytına istinad zəruridir.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015