AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
Foto
Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin 3 saylı BÜRO iclası keçirilib
Fev 05, 2019 | 11:33 / Konfranslar, iclaslar
Oxunub 175 dəfə

2019-ci il  fevralın 5-də Fizika İnstitutunda Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin büro üzvləri və aidiyati əməkdaşların iştirakı ilə  3  saylı BÜRO iclası keçirilmişdir.  FRTE Bölməsinin akademik -katibi, akademik Nazim Məmmədovun sədrliyi ilə keçən iclasda əsasən FRTEB İnstitutlarında fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə dissertanturaya , həmçinin elmlər doktoru hazırlığı üzrə doktoranturaya qəbulun nəticələri dinlənilmiş, geniş müzakirələr aparılmışdır. 

Gündəlikdə duran digər məsələlərdən biri də FRTEB elmi jurnallarının Azərbaycan Respublikası yanında Ali Attestasiya Komissiyasının siyahısına daxil olması haqqında müzakirələrin aparılması ilə bağlı olmuşdur.

İclasda gündəlikdə olan digər cari məsələlərə də baxılmışdır. Sonda iclasın gündəliyinə daxil olan məsələlərlə bağlı müvafiq qərarlar qəbul olunmuşdur.

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015