AZƏRBAYCAN MİLLİ                  ELMLƏR AKADEMİYASI
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
Foto
Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin iclasında nanotexnologiyalara dair müzakirələr aparılıb
Yan 29, 2019 | 10:41 / Konfranslar, iclaslar
Oxunub 430 dəfə

Yanvarın 28-də AMEA-nın Fizika İnstitutunda Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) büro iclası keçirilib.

Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, FRTEB-in akademik-katibi, Fizika İnstitutunun direktoru, akademik Nazim Məmmədov, Rəyasət Heyəti aparatının Elm və təhsil baş idarəsinin rəisi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov, büro üzvləri və aidiyyatı əməkdaşlar iştirak ediblər.

İclası akademik N.Məmmədov açaraq tədbirin gündəliyi barədə iştirakçılara məlumat verib. Bildirib ki, tədbir "Azərbaycanda nanotexnologiya sahəsində aparılan tədqiqatlar, nəticələr və perspektivlər" proqramına dair AMEA Rəyasət Heyətinin 3 oktyabr 2018-ci il tarixli qərarının FRTEB-ə aid bəndlərinin icrası ilə əlaqədar görülən işlərin müzakirəsinə həsr olunub.

Sonra Fizika İnstitutunun İnnovasiya və transfer üzrə direktor müavini, fizika-riyaziyyat elmləri doktoru Ayaz Bayramov, həmin müəssisənin aparıcı elmi işçiləri, fizika-riyaziyyat elmləri doktorları - Rasim CabbarovElçin Cəfərov və Radiasiya Problemləri İnstitutunun elmi işlər üzrə direktor müavini, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Rəvan Mehdiyeva bu sahədə aparılan işlər barədə məruzə ediblər.

Müzakirələrdə Biofizika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Oktay Qasımov, Radiasiya Problemləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Oqtay Səmədovİnformasiya Texnologiyaları İnstitutunun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov, Fizika İnstitutunun aparıcı elmi işçisi, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, dosent Şixəmir Eminov və digərləri çıxış edərək fikir və təkliflərini bildiriblər.

Müzakirələrdən sonra qərarın FRTEB-ə aid bəndlərinə müvafiq dəyişikliklər edilib.

Sonda bir sıra cari məsələlərə baxılıb.

http://science.az/news/open/9626

Copyright © AMEA İnformasiya Texnologiyaları İnstitutu, 2015